Qədr gecəsi — fəziləti, əməlləri və duaları

BlogTarih: 15 aprel 2025
Qədr gecəsi — fəziləti, əməlləri və duaları

Qədr gecəsi nədir?

\n

Qədr gecəsi — Ramazan ayının son on gününde təcəlli edən, min aydan daha xeyirli olan müqəddəs gecədir. Bu gecənin fazileti Kur'anda xüsusi bir surə ilə qeyd olunmuşdur.

\n

Qədr surəsi ayələri

\n

«HAkikaətən, Biz Qu­ranı Qədr gecə­sində nazil et­dik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh Cəbrail hər işə görə ye­rə enirlər. O gecə sübh açılanadək əmin-aman­lıq olur.»

\n

(Qur'ani-Kərim, Qədr surəsi, ayə 1-5)

\n

Bu ayələrdən anlayırıq ki, Qədr gecəsində edilən ibadət, dua və sadaka 1000 aydan (təxminən 83 il) daha xeyirlidir.

\n

Qədr gecəsi nə vaxtdır?

\n

Peyğəmbərimiz (s.ə.s.) buyurub:

\n
\n

"Qədr gecəsini Ramazan'ın son on gününün tək gecələrində axtarın."

\n

(Səhihi-Buxari, hədis №2017)

\n
\n

Tək gecələr: 21, 23, 25, 27, 29. Əksər alimlər 27-ci gecə daha çox ehtimallı olduğunu deyirlər.

\n

Qədr gecəsi əməlləri

\n
    \n
  • Kur'an oxumaq
  • \n
  • Gecə namazı (təhəccüd) qılmaq
  • \n
  • Zikir və təsbeh etmək
  • \n
  • İstighfar (Allahdan bağışlanma diləmək)
  • \n
  • Sadaka vermək
  • \n
  • Çox dua etmək
  • \n
\n

Qədr gecəsi oxunan dua

\n

Aişə (r.a.) Peyğəmbərimizdən (s.ə.s.) soruşdu: "Ya Rəsulullah, Qədr gecəsinə təsadüf etsəm nə deyim?" Peyğəmbərimiz buyurdu:

\n
\n

"Allahummə innəkə əfuvvun, tuhibbul-əfvə, fəfu anni — Ey Allahım, sən bağışlayansan və bağışlamağı sevirsən, məni də bağışla."

\n

(Sünəni-Tirmizi, hədis №3513; Sünəni-İbn Macə, hədis №3850)

\n
\n

Qədr gecəsinin fazileti

\n
\n

"Kim Qədr gecəsində iman və savab umudu ilə qıyam edərsə, keçmiş günahları bağışlanar."

\n

(Səhihi-Buxari, hədis №1901; Səhihi-Müslim, hədis №760)

\n
\n

İletişim

\n
    \n
  • +994 51 763 90 15 (kişilər üçün)
  • \n
  • +994 70 966 19 70 (qadınlar üçün)
  • \n
\n

Al Baraka Azerbaycan gönüllüleri

Diğer haberler

Qədr gecəsi — fəziləti, əməlləri və duaları — Al Baraka Azerbaycan