Haqqımızda

Ümidi gerçəyə çevirən könüllülər

Al Baraka Azərbaycan Könüllüləri

"Al Baraka Azerbaijan Könüllüləri" Asiya və Afrika ölkələrində minlərlə insan üçün ümidi gerçəyə çevirən layihələr həyata keçirir. Biz könüllü ürəklərlə, sevgi və etibar əsasında çalışırıq.

Allahın izni ilə topladığımız yardımları birbaşa ehtiyac sahiblərinə çatdırır və hər addımda şəffaflığı təmin edirik. Bizim üçün hər layihə sadəcə yardım deyil — bir məsuliyyət, bir dua, bir ümiddir.

“Allahın izni ilə biz birlikdə bu xeyir yolunda daha çox qəlbə ümid, daha çox evə sevinc aparacağıq.
video thumbnail

Fəaliyyət coğrafiyamız

global reach map
1205+

Həyata keçirilən layihə

Asiya və Afrikada tamamlanmış xeyriyyə layihələri
24+

Ölkə

Yardım çatdırdığımız ölkələrin sayı
563+

Su quyusu

Təmiz suya çıxış üçün açılan quyular
109480+

Faydalanan ailə

Yardımlardan birbaşa faydalanan ailələr

Al Baraka Azərbaycan könüllüləri üçün hər layihə sadəcə yardım deyil - bir məsuliyyət, bir dua, bir ümiddir. Çünki biz bilirik ki, verilən hər bir dəstək bir insanın həyatını dəyişə bilər.

01

Necə çalışırıq

Bizim məqsədimiz yardımları vasitəçi xarici şirkətlər və qurumlar olmadan, birbaşa yerli təşkilat və insanlarla həyata keçirməkdir:

  • Afrikada - afrikalılarla,
  • Asiyada - asiyalılarla,
  • Qəzzada və Yəməndə - yerli ərəblərlə birbaşa işləyirik.

Al Baraka Azərbaycan könüllülərinin müxtəlif ölkələrdən dostları və üzvləri var ki, yardımlarımızın doğru ünvana çatmasına kömək edirlər. Təşkilatımızın adı buna görə «Al Baraka Azərbaycan Könüllüləri»dir - çünki biz könüllü ürəklərlə, sevgi və etibar əsasında çalışırıq.

Birbaşa çatdırılma - 100%

Yardımlar vasitəçisiz, birbaşa ehtiyac sahiblərinə çatdırılır

Şəffaflıq - 100%

Hər layihə üzrə foto və video hesabat təqdim olunur

02

Layihələrimizin növləri

Al Baraka Azərbaycan könüllüləri dünyanın bir çox ölkəsində müxtəlif istiqamətlərdə yardım layihələri həyata keçirir:

  • 💧 Su quyuları və su tankerləri ilə təmiz suya çıxış
  • 🍲 Ərzaq səbətləri və isti yemək paylanması
  • 🐑 Qurban və əqiqə layihələri
  • 🌙 Ramazan və iftar süfrələri
  • 📖 Quran və hədiyyə paylanması
  • 🕌 Məscid inşası
  • 👕 Paltar və məişət əşyaları yardımı
Layihələrə baxchevron down icon
03

Fəaliyyət prinsipimiz

«Al Baraka»-nın hər bir layihəsi mərhələli şəkildə, tam şəffaflıq və etibar üzərində qurulur:

  1. Əvvəlcə ehtiyaclı ölkə və insanlar müəyyən olunur.
  2. Layihənin dəyəri və faydalanacaq insanların sayı dəqiqləşdirilir.
  3. Xeyriyyəçilərə layihə barədə bütün məlumat verilir.
  4. Lazımi vəsaitin toplanması başlayır.
  5. Bəzən bir xeyriyyəçi bütün layihəni öz üzərinə götürür, bəzən isə bir neçə xeyriyyəçi birlikdə iştirak edir.
  6. Layihə üçün vəsait tamamlandıqda elan verilir.
  7. Əgər məbləğ hələ tam yığılmayıbsa, həftəlik elanlarla xeyriyyəçilər məlumatlandırılır.
  8. Layihə həyata keçirildikdən sonra foto-video materiallar montaj olunur və «Al Baraka» sosial media hesablarında paylaşılır.

report icon
2022Hesabatlar
  • check icon2 ölkəyə dəstək verdik
  • check icon14 aktiv layihə
  • check icon438+ insana dəstək olduq
  • check icon100% şəffaf paylanma modeli
report icon
2023Hesabatlar
  • check icon9 ölkəyə dəstək verdik
  • check icon91 aktiv layihə
  • check icon18 937+ insana dəstək olduq
  • check icon100% şəffaf paylanma modeli
report icon
2024Hesabatlar
  • check icon13 ölkəyə dəstək verdik
  • check icon181 aktiv layihə
  • check icon19 785+ insana dəstək olduq
  • check icon100% şəffaf paylanma modeli
report icon
2025Hesabatlar
  • check icon15 ölkəyə dəstək verdik
  • check icon421 aktiv layihə
  • check icon21 580 + insana dəstək olduq
  • check icon100% şəffaf paylanma modeli
report icon
2026Davam edən hesabatlar
  • check icon24 ölkəyə dəstək verdik
  • check icon498 aktiv layihə
  • check icon48 740+ insana dəstək olduq
  • check icon100% şəffaf paylanma modeli
Daha çox göstərchevron down icon