Hər gün bir çoxumuz üçün adi olan ərzaqlar, bəzi ailələr üçün qarşılanması çətin olan ehtiyaclara çevrilir.
Allahın izni ilə Al Baraka Azerbaijan könüllüləri olaraq Azərbaycanda ehtiyac sahibi ailələrə ərzaq dəstəyi çatdırırıq.
Bunun üçün ailələrin sosial vəziyyəti araşdırılır, həqiqi ehtiyac sahibləri müəyyən edilir və ərzaq paketləri birbaşa onların ünvanlarına təqdim olunur. 🤲🏻
Bir ərzaq paketi ilə bir evin ehtiyacına, bir ailənin yükünə kiçik də olsa rahatlıq gətirə bilərsiniz.🕊️🌿























