Allahın izni ilə Al Baraka Azərbaycan könüllüləri tərəfindən Arakanda Zəkat paylanması layihəsi həyata keçirildi. Zəkat — İslamın beş şərtindən biridir və malın təmizlənməsi, kasıb bacı-qardaşlarımızın haqqının çatdırılması deməkdir. Bu layihə çərçivəsində ehtiyac içində olan ailələrə Zəkat əmanəti təhvil verildi. Çətin günlər keçirən ailələrin üzündə təbəssüm gördük, qəlblərinə ümid daşıdıq.
Layihənin №1005 həyata keçməsində dəstək olan bütün xeyriyyəçilərimizə sonsuz təşəkkür edirik. Allah etdiyiniz hər xeyiri qəbul etsin, mal-mülkünüzə və ailənizə bərəkət versin. Al Baraka Azərbaycan könüllüləri olaraq hər bir ianəni şəffaf və birbaşa ehtiyac sahibinə çatdırmağa söz veririk.












