Mübarək Ramazan ayında Al Baraka Azərbaycan könüllüləri Azərbaycanda xeyriyyə layihələrini davam etdirir. Ramazan paylaşma, mərhəmət və bərəkət ayıdır. Bu ayda edilən hər xeyir əməl Allah qatında qat-qat savabla qarşılanır. Sizin dəstəyinizlə oruclu ailələrin süfrəsinə bərəkət, uşaqların üzünə təbəssüm gətirməyə davam edirik.
Layihənin №287-290 həyata keçməsində dəstək olan bütün xeyriyyəçilərimizə sonsuz təşəkkür edirik. Allah etdiyiniz hər xeyiri qəbul etsin, mal-mülkünüzə və ailənizə bərəkət versin. Al Baraka Azərbaycan könüllüləri olaraq hər bir ianəni şəffaf və birbaşa ehtiyac sahibinə çatdırmağa söz veririk.












