Al Baraka Azərbaycan könüllüləri tərəfindən Nepalda təmiz su quyusu inşa edildi. Quyu yüzlərlə insanın illərlə faydalanacağı, davamlı sədəqə (sədəqeyi-cariyə) hökmündədir. Daha öncə kilometrlərlə uzaq mənbələrdən su daşıyan uşaqlar indi öz kəndlərində təmiz su tapırlar. Hər damla su, ehsan sahibinin əməl dəftərinə yazılan dua deməkdir.
Layihənin №403 həyata keçməsində dəstək olan bütün xeyriyyəçilərimizə sonsuz təşəkkür edirik. Allah etdiyiniz hər xeyiri qəbul etsin, mal-mülkünüzə və ailənizə bərəkət versin. Al Baraka Azərbaycan könüllüləri olaraq hər bir ianəni şəffaf və birbaşa ehtiyac sahibinə çatdırmağa söz veririk.












