Allahın izni ilə Al Baraka Azərbaycan könüllüləri Qəzzada Qurban kəsimi və paylanması layihəsi həyata keçirdi. Qurban — yalnız ibadət deyil, qardaşlıq nemətinin paylaşılmasıdır. Aylarla ət üzü görməyən ailələrin süfrəsinə Qurban payları çatdırıldı, uşaqlar bayram sevincini hiss etdi. Hər pay, ehsan sahibinin niyyəti ilə Allaha qədər ucalır.
Layihənin həyata keçməsində dəstək olan bütün xeyriyyəçilərimizə sonsuz təşəkkür edirik. Allah etdiyiniz hər xeyiri qəbul etsin, mal-mülkünüzə və ailənizə bərəkət versin. Al Baraka Azərbaycan könüllüləri olaraq hər bir ianəni şəffaf və birbaşa ehtiyac sahibinə çatdırmağa söz veririk.
















