Allahın izni ilə Al Baraka Azərbaycan könüllüləri Qəzzada isti yemək paylanması həyata keçirdi. Çətin günlərini sığınacaq düşərgələrində keçirən ailələrə, qayğıya ehtiyacı olan uşaqlara və yaşlılara isti, qidalandırıcı yeməklər çatdırıldı. Bir qab yemək sadəcə qida deyil — kimsənin sənin yaddaşında olduğunu, qardaşlığın canlı olduğunu hiss etdirməkdir. Layihənin №450 həyata keçməsində dəstək olan bütün xeyriyyəçilərimizə sonsuz təşəkkür edirik.
Allah etdiyiniz hər xeyiri qəbul etsin, mal-mülkünüzə və ailənizə bərəkət versin. Al Baraka Azərbaycan könüllüləri olaraq hər bir ianəni şəffaf və birbaşa ehtiyac sahibinə çatdırmağa söz veririk.












