Al Baraka Azərbaycan könüllüləri tərəfindən Arakanda ərzaq səbəti paylanması layihəsi həyata keçirildi. Hər səbətə un, düyü, yağ, makaron, şəkər, çay və digər əsas ərzaqlar yığılıb. Bir ailə bu səbətlə bir neçə həftə rahat keçirə bilər. Çörək südünə möhtac qalan analar, dərslərinə ac gedən uşaqlar — onları unutmadığımızı bu səbətlə göstərdik.
Layihənin №272 həyata keçməsində dəstək olan bütün xeyriyyəçilərimizə sonsuz təşəkkür edirik. Allah etdiyiniz hər xeyiri qəbul etsin, mal-mülkünüzə və ailənizə bərəkət versin. Al Baraka Azərbaycan könüllüləri olaraq hər bir ianəni şəffaf və birbaşa ehtiyac sahibinə çatdırmağa söz veririk.












