Allahın izni ilə Al Baraka Azərbaycan könüllüləri Tanzaniyada Qurban kəsimi və paylanması layihəsi həyata keçirdi. Qurban — yalnız ibadət deyil, qardaşlıq nemətinin paylaşılmasıdır. Aylarla ət üzü görməyən ailələrin süfrəsinə Qurban payları çatdırıldı, uşaqlar bayram sevincini hiss etdi. Hər pay, ehsan sahibinin niyyəti ilə Allaha qədər ucalır.
Layihənin №256 həyata keçməsində dəstək olan bütün xeyriyyəçilərimizə sonsuz təşəkkür edirik. Allah etdiyiniz hər xeyiri qəbul etsin, mal-mülkünüzə və ailənizə bərəkət versin. Al Baraka Azərbaycan könüllüləri olaraq hər bir ianəni şəffaf və birbaşa ehtiyac sahibinə çatdırmağa söz veririk.












