BANQLADEŞ - Ramazan İFTAR LAYİHƏSİ №971
Allahın izni ilə Al Baraka Azerbaijan könüllüləri tərəfindən mübarək "Ramazan ayında Banqladeşdə yerləşən Kutupalong (Ukhiya) Arakan qaçqınları düşərgəsində növbəti iftar süfrəsi təşkil olundu.
Ağır şəraitdə yaşayan ailələr üçün təşkil olunan bu iftar layihəsi çərçivəsində 110 nəfər faydalandı.
Bu savablı işə dəstək olan "Sədəqə malı azaltmaz" qrupuna təşəkkür edirik. Allah etdikləri xeyirli əməlləri qəbul etsin və savablarını artırsın.
Al Baraka Azerbaijan könüllüləri















