Niger - Kiçik Biznes Dəstəyi Layihə №722
Allahın izni ilə Al Baraka Azerbaijan könüllüləri Nigerin Niamey şəhərinin Saga kəndində az gəlirli ailələr üçün yeni bir ümid qapısı açdı.
Bu layihədə 5 ailəyə kiçik biznes arabaları təqdim edildi. Bu arabalar onların gündəlik qazanc əldə etməsinə, övladlarının ehtiyaclarını qarşılamağa və daha sabit bir həyat qurmasına dəstək olacaq.
Bu xeyirli işin həyata keçməsinə səbəb olan Abdul Ganı qardaşımıza xüsusi təşəkkür edirik.Uca Allah onun bu yolda atdığı hər addımı Öz rızasına yaxınlaşdıran səbəblərdən etsin. Onun dünyada və axirətdə halını Öz lütfü ilə gözəlləşdirib xeyirlə tamamlasın.
Al Baraka Azerbaijan könüllüləri


















