Qəzzada həyata keçirdiyimiz
Ayaqqabı paylanması (№ 921) və Təhsilə dəstək (№ 922) layihələrində iştirak edən bütün xeyriyyəçilərimizə dərin təşəkkürümüzü bildiririk.
Mübarək Ramazan ayında həyata keçirilən bu gözəl layihələr uşaqların qəlbində ümidə, üzlərində isə sevincə çevrildi. Onların təbəssümü sizin ixlasla etdiyiniz xeyir əməllərin ən gözəl təcəssümüdür.
Uca Allahdan diləyirik ki, göstərdiyiniz bu gözəl və xeyirli əməlləri qəbul etsin, savabını artırsın və dərəcələrinizi ucaltsın, onu axirətiniz üçün nur və bərəkətə çevirsin.
Ramazanın ruhuna uyğun olaraq səpilən hər bir xeyir toxumu, inşəAllah, həm dünyada, həm də axirətdə nur saçan bir savaba çevrilsin. Amin!


















