Allahın izni ilə, Al Baraka Azerbaijan könüllülərinin dəstəyi ilə, 627 nömrəli layihə çərçivəsində Banqladeşin Qatıbdanğa kəndində 37 metr dərinliyində təmiz içməli su quyusu istifadəyə verildi.
Bu xeyirli layihə sayəsində 40 ailə artıq təmiz və sağlam suya çıxış əldə etdi.
Eyni zamanda, bölgə sakinlərinə 10 ədəd Qur’ani Kərim hədiyyə olundu.
Rəbbimiz bu xeyirli işdə əməyi keçən hər kəsdən razı olsun.
Allah qəbul eləsin
Al Baraka Azerbaijan Könüllüləri


















