ƏRZAQ SƏBƏTİ LAYİHƏSİ №1279
Allahın izni ilə, Al Baraka Azerbaijan könüllüləri tərəfindən ərzaq səbəti layihəsi çərçivəsində bu dəfə 4 ehtiyaclı ailəyə ərzaq yardımı çatdırıldı. 🤲🏻
Hər bir yardımın arxasında bir ailənin ehtiyacı, bir xeyriyyəçinin etimadı və bu işin ərsəyə gəlməsi üçün göstərilən böyük bir zəhmət dayanır. Bizim üçün əsas olan isə edilən xeyirin doğru ailələrə çatdırılması və bu əməlin layiqincə işıqlandırılmasıdır.
Bu xeyirli işə dəstəyi ilə ehtiyac sahibi ailələrin yanında olan dəyərli xeyriyyəçimiz Abdul Gani qardaşa təşəkkür edirik.
Uca Allah onun etdiyi bu xeyirli əməli qəbul etsin, ruzisinə və qazancına bərəkət versin, ailəsinə əmin-amanlıq bəxş etsin. Etdiyi yaxşılığı ən gözəl şəkildə qarşısına çıxarsın və bu xeyirdə əməyi olan hər kəsə bol əcr nəsib etsin. 🤲🏻
✍🏻 Al Baraka Azerbaijan Könüllüləri



























