Bir il öncə Al Baraka Azərbaycan könüllüləri tərəfindən Beninin "Baku" kəndində məscid inşa edilmişdi

XəbərlərTarix: 18 may 2026
Bir il öncə Al Baraka Azərbaycan könüllüləri tərəfindən Beninin "Baku" kəndində məscid inşa edilmişdi

Bir il sonra: Beninin "Baku" kəndində məscid

Bir il öncə Al Baraka Azərbaycan könüllüləri tərəfindən Beninin "Baku" kəndində məscid inşa edilmişdi. Lakin bölgədə aparılan müşahidələr zamanı məlum oldu ki, kənd sakinlərinin qarşılaşdığı ən ciddi problemlərdən biri içməli su çatışmazlığıdır.

Su quyusu inşası başladı

Bu ehtiyacın aradan qaldırılması məqsədilə sizin dəstəyiniz ilə məscidin yaxınlığında su quyusunun inşası üçün yardım kampaniyasına başlanıldı. Paylaşılan hər elan, edilən dualar və göstərilən dəstək bu xeyirli layihənin həyata keçməsinə vəsilə oldu.

Layihənin cari statusu

  • Yardım kampaniyası uğurla yekunlaşıb
  • İnşaat işlərinə start verilib
  • İşlər vaxtında bitirilməsi nəzərdə tutulur
  • Kənd sakinləri davamlı təmiz suya qovuşacaq

Şəffaflıq və məsuliyyət

Al Baraka Azərbaycan könüllüləri olaraq, bizə əmanət edilən yardımları məsuliyyət, şəffaflıq və etibar prinsipləri əsasında ehtiyac sahiblərinə çatdırmağa davam edirik.

Bu xeyir layihəsinə dəstək olan hər kəsə təşəkkür edir, Uca Allahdan edilən bütün ianələri sahibləri üçün davamlı savab mənbəyinə çevirməsini diləyirik. Amin!

gallery image
gallery image
gallery image
gallery image
gallery image

Digər xəbərlər