Sədəqə kimlərə verilir?
Sədəqə və zəkat kimlərə verilməlidir sualına Quran açıq cavab verir. Tövbə surəsində 8 qrup ehtiyac sahibi qeyd olunur. Bu ayə həm sədəqə, həm zəkat üçün əsas qaydadır.
Quranda 8 qrup (Tövbə 60)
«Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir.»
(Qur'ani-Kərim, Tövbə surəsi, ayə 60)
8 qrupun izahı
- 1. Fəqirlər — heç bir gəliri olmayan
- 2. Miskinlər — gəliri olan, lakin ehtiyacını qarşılaya bilməyən
- 3. Zəkat toplayanlar — bu işlə məşğul olanlar
- 4. Qəlbləri isindirilənlər — yeni müsəlman olanlar
- 5. Kölələr — azad olunmaq üçün dəstəyə möhtac olanlar
- 6. Borclular — borcunu ödəyə bilməyənlər
- 7. Allah yolunda olanlar — elmin, dinin yayılmasına çalışanlar
- 8. Yolçular — səfərdə qalıb ehtiyac içində olanlar
Sədəqə kimlərə verilmir?
İslam alimləri qeyd edir ki, varlı qohumlara və imkanlı insanlara sədəqə vermək məqsədəuyğun deyil. Sədəqə həqiqi ehtiyac sahiblərinə çatmalıdır.
Sədəqə necə hesablanır?
Adi sədəqədə miqdar sərbəstdir — niyyət əsasdır. Zəkatda isə nisab və 2.5% qaydası var. Sədəqə vermək nə qədər olmalıdır sualına cavab: imkanın daxilində, qəlbinin razı olduğu qədər.
Əlaqə
- +994 51 763 90 15 (kişilər üçün)
- +994 70 966 19 70 (qadınlar üçün)
Al Baraka Azərbaycan könüllüləri






















