Zəkat nədir?
Zəkat — ərəbcə "təmizlənmə, artma" deməkdir. Şəri terminologiyada zəkat nədir sualına cavab: müsəlmanın müəyyən nisaba çatmış malından, ildə bir dəfə ehtiyac sahiblərinə verilməsi vacib olan müəyyən miqdardır. Zəkat İslamın əsas 5 şərtindən üçüncüsüdür.
Quranda zəkat haqqında ayə
«Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!»
(Qur'ani-Kərim, Əl-Bəqərə surəsi, ayə 43)
Quranda zəkat namazla yanaşı 30-dan çox dəfə qeyd olunur. Bu, zəkatın İslamda nə qədər əsas olduğunu göstərir.
Zəkat sözünün mənası
- Təmizlənmə — varidatı pakdan ayırır
- Artma — Allah verən qula bərəkət verir
- İbadət — Allah qarşısında qulun məsuliyyətidir
Zəkat kimlərə düşür?
Zəkat aşağıdakı şərtləri daşıyan müsəlmana vacibdir:
- Müsəlman olmaq
- Yetkin olmaq (büluğa çatmış)
- Ağıllı olmaq
- Hür (azad) olmaq
- Nisab miqdarına sahib olmaq
- Mal üzərindən hicri ilə bir tam il keçməsi (havlul-havl)
Zəkat hədisdə
"İslam beş şey üzərində qurulmuşdur: Allahdan başqa məbud olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirmək, namazı qılmaq, zəkatı vermək, həccə getmək və Ramazan ayında oruc tutmaq."
(Səhihi-Buxari, hədis №8; Səhihi-Müslim, hədis №16)
Növbəti məqalədə zəkat necə hesablanır, nisab miqdarı və 2.5% qaydası haqqında ətraflı yazırıq.
Əlaqə
- +994 51 763 90 15 (kişilər üçün)
- +994 70 966 19 70 (qadınlar üçün)
Al Baraka Azərbaycan könüllüləri






















