Sədəqə nə deməkdir?
Sədəqə vermək — Allah rizası üçün mal, vaxt və ya əməyini ehtiyac sahibi ilə paylaşmaqdır. Quranda və hədislərdə sədəqənin böyük fəziləti açıq şəkildə bildirilir. Sədəqə həm verən üçün savab mənbəyi, həm də alan üçün ləyaqətli dəstəkdir.
Quranda sədəqə haqqında ayə
«Mallarını Allah yolunda xərcləyənlərin misalı yeddi sünbül verən bir toxumun misalına bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allahın lütfü genişdir, O hər şeyi biləndir.»
(Qur'ani-Kərim, Əl-Bəqərə surəsi, ayə 261)
Bu ayə bizə göstərir ki, Allah sədəqəni qat-qat artırır. Bir manatın savabı yüzlərlə qat artaraq qaytarılır.
Sədəqə haqqında hədis
Peyğəmbərimiz (s.ə.s.) belə buyurub:
"Sədəqə malı azaltmaz."
(Səhihi-Müslim, hədis №2588)
Başqa bir hədisdə Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, sədəqə həmçinin bəlanı dəf edir və ömrü uzadır.
Sədəqənin növləri
- Maddi sədəqə — pul, ərzaq, geyim
- Mənəvi sədəqə — təbəssüm, dua, yaxşı söz
- Axar sədəqə (sədəqeyi-cariyə) — su quyusu, məscid, kitab
Sədəqə vermək nə deməkdir?
Sədəqə vermək sadəcə maddi bir əməl deyil — niyyət və ixlas əsasdır. Quranda sədəqə haqqında bir çox ayə qeyd olunur və onların hamısı eyni həqiqəti təkrarlayır: Allah verən qulundan razı qalır və ona savab yazır.
Əlaqə
- +994 51 763 90 15 (kişilər üçün)
- +994 70 966 19 70 (qadınlar üçün)
Al Baraka Azərbaycan könüllüləri






















