Yeni sosial layihə: əşya paylaşımı
Allahın izni ilə, Al Baraka Azərbaycan könüllüləri olaraq ehtiyac sahibi ailələrə dəstək məqsədilə yeni sosial layihəyə start veririk. Artıq istifadə etmədiyiniz, lakin təmiz, səliqəli və işlək vəziyyətdə olan əşyalarla bir çox ailənin həyatına sevinc və rahatlıq bəxş edə bilərsiniz.
Hansı əşyalar qəbul olunur?
- Mebel
- Qab-qacaq
- Məişət elektronikası
- Geyim
- Oyuncaqlar
- Digər məişət əşyaları
Layihənin icra prinsipləri
- Toplanan bütün yardımlar əvvəlcədən sosial vəziyyəti araşdırılmış və ehtiyacları müəyyən edilmiş ailələrə çatdırılacaq.
- İanəçilər tərəfindən təqdim ediləcək hər bir geyim və məişət əşyasının vəziyyətini əks etdirən foto və ya video materialların əvvəlcədən göndərilməsi xahiş olunur. Qəbul edən təşkilat həmin materiallar əsasında baxış keçirir.
- Layihənin icra prosesi sistemli şəkildə izlənəcək və ianəçilərə fərdi qaydada məlumat veriləcək.
- İanə edən şəxslərə əşyaların kimə və hansı formada çatdırıldığı barədə ətraflı məlumat təqdim olunacaq.
- Yardımlar ailələrin ləyaqəti qorunmaqla, real ehtiyaclarına uyğun şəkildə təqdim olunacaq.
Niyə bu layihə fərqlidir?
Bu layihə birdəfəlik deyil, davamlı əsasda həyata keçirilən sosial dəstək təşəbbüsüdür. İanəçilərlə yanaşı, çeşidləmə, daşınma və çatdırılma proseslərində iştirak etmək istəyən könüllülər də bu xeyirli işə qoşula bilərlər.
Paylaşaraq dəyər qatın — bir evə ümid, bir qəlbə sevinc olun. Allah bu xeyirli niyyətdə iştirak edən hər kəsdən razı olsun.
Əlaqə
- +994 51 763 90 15 (kişilər üçün)
- +994 70 966 19 70 (qadınlar üçün)
Al Baraka Azərbaycan könüllüləri






















