DƏYƏRLİ XEYRİYYƏÇİLƏRİMİZ, VACİB MƏLUMAT!

XəbərlərTarix: 23 noyabr 2026
DƏYƏRLİ XEYRİYYƏÇİLƏRİMİZ, VACİB MƏLUMAT!

DƏYƏRLİ XEYRİYYƏÇİLƏRİMİZ, VACİB MƏLUMAT!

Bank qaydalarına əsasən, gün ərzində bank kartlarına daxil olan köçürmələrin sayına məhdudiyyət tətbiq oluna bilər.

Bu səbəbdən bəzi ianələr qəbul edilməyə və göndərən şəxsin hesabına geri qaytarıla bilər.

Həmçinin, müəyyən hallarda kartların müvəqqəti bloklanması riski də yarana bilər.

Bu kimi halların qarşısını almaq və ianələrinizin problemsiz şəkildə bizə çatmasını təmin etmək üçün aşağıdakı ödəniş imkanlarından istifadə etməyinizi tövsiyə edirik:

🔹 M10 - Kiçik məbləğli ianələrinizi M10 vasitəsilə göndərməyiniz xahiş olunur. Bu üsul kartlara daxil olan köçürmələrin sayına tətbiq edilən məhdudiyyətlə bağlı riskləri azaltmağa kömək edir.

🔹 MilliÖn və eManat terminalları - Bu terminallar vasitəsilə edilən ödənişlərdə gündəlik köçürmə sayı məhdudiyyəti yoxdur. İanələrinizi bu üsullarla da rahatlıqla göndərə bilərsiniz.

🔹 Bank kartları - Kartlara köçürmələr zamanı gün ərzində qəbul edilən əməliyyatların sayına məhdudiyyət tətbiq oluna bilər. Buna görə də köçürmə etməzdən əvvəl bizimlə əlaqə saxlayaraq hansı kartdan istifadə etməyiniz barədə məlumat almağınızı xahiş edirik.

İANƏ ETMƏZDƏN ƏVVƏL
Hansı layihəyə ianə etmək istədiyinizi bildirməklə, uyğun ödəniş üsulu və köçürmə qaydası barədə məlumat ala bilərsiniz.
Bunun üçün hər iki əlaqə nömrəmiz vasitəsilə WhatsApp, Telegram və ya Instagram üzərindən bizimlə əlaqə saxlaya bilərsiniz.
Komandamız sizə uyğun ödəniş üsulunu və lazımi məlumatları təqdim edəcək.

Dəstəyiniz, anlayışınız və etimadınız üçün təşəkkür edirik!
Allah bütün xeyirxah əməllərinizi qəbul etsin, ruzinizə bərəkət versin!

📞 Bizimlə əlaqə:
+994 51 763 90 15 (kişilər üçün)
+994 70 966 19 70 (qadınlar üçün)

Al Baraka Azerbaijan könüllüləri

Digər xəbərlər