Zəkat və sədəqə eyni şey deyil
Müsəlmanlar arasında zəkat və sədəqə tez-tez qarışdırılır. Hər ikisi xeyir əməldir, lakin İslam fiqhində bunlar fərqli hökmləri olan iki ayrı ibadətdir.
Əsas fərqlər
1. Hökm
- Zəkat — fərzdir (vacib), tərk edilməsi günahdır
- Sədəqə — nafilə (könüllü), tərk edilməsi günah deyil
2. Miqdar
- Zəkat — sabit 2.5%-dir (qızıl, gümüş, pul üçün)
- Sədəqə — sərbəstdir, qulun imkanına bağlıdır
3. Nisab
- Zəkat — yalnız nisaba çatmış mal sahibinə vacibdir
- Sədəqə — hər kəs imkanı çatdığı qədər verə bilər
4. Zaman
- Zəkat — mal üzərindən bir hicri il keçəndən sonra
- Sədəqə — istənilən vaxt verilə bilər
5. Alanlar
- Zəkat — Tövbə 60-da göstərilən 8 qrupa məhdudlaşır
- Sədəqə — daha geniş bir spektrə verilə bilər
Quran və hədisdə
«Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Hikmət sahibidir.»
(Qur'ani-Kərim, Tövbə surəsi, ayə 71)
Peyğəmbərimiz (s.ə.s.) sədəqə haqqında buyurub:
"Yarım xurma ilə də olsa Cəhənnəm odundan qorunun."
(Səhihi-Buxari, hədis №1417; Səhihi-Müslim, hədis №1016)
Ortaq nöqtələr
Hər iki ibadət eyni məqsədə xidmət edir: cəmiyyətdə iqtisadi ədaləti təmin etmək və ehtiyac sahiblərinə kömək etmək. Zəkat — minimumdur, sədəqə — onun üzərindən artıqdır.
Əlaqə
- +994 51 763 90 15 (kişilər üçün)
- +994 70 966 19 70 (qadınlar üçün)
Al Baraka Azərbaycan könüllüləri






















