Allahın izni ilə, Al Baraka Azerbaijan könüllüləri tərəfindən Nepalın Cantacuk bölgəsinin Nursangah kəndində su quyusu layihəsi həyata keçirildi. 💧
Bu xeyirli layihə nəticəsində 23 nəfər təmiz içməli su ilə təmin olundu. Eyni zamanda onlara Qurani-Kərim, şirniyyat və ət paylanıldı.
Layihəyə dəstək olan dəyərli xeyriyyəçimiz Nigar Rafael qızı Atakişizadəyə təşəkkür edirik. Allah bu gözəl əməlini qəbul etsin, ona xeyir və bərəkət nəsib etsin. Amin! 🤲🏻
✍🏻 Al Baraka Azerbaijan könüllüləri



































