Ramazan ayı — Quran ayı
Ramazan ayı — Quranın nazil edildiyi mübarək aydır. Bu ayda hər ibadət, hər dua qat-qat savab gətirir. Ramazan ayı ayələri və duaları müsəlmanın mənəvi həyatının zirvəsidir.
Quranda Ramazan haqqında
«İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Qoy sizlərdən bu aya yetişən kəslər həmin ayı oruc tutsun. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik istəmir, əksinə, asanlıq istəyir. Allah istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.»
(Qur'ani-Kərim, Əl-Bəqərə surəsi, ayə 185)
İftar duası
Oruc açanda oxunan ən məşhur dua:
"Allahummə ləkə sumtu və əla rizqikə əftartu — Ey Allahım, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar etdim."
(Sünəni-Əbu Davud, hədis №2358)
Başqa sahih iftar duası
"Zəhəbəz-zaməu vəbtəlləlil-uruqu və səbətəl-əcru in şəə'Allah — Susuzluq getdi, damarlar islandı və inşaAllah savab sabit oldu."
(Sünəni-Əbu Davud, hədis №2357)
Ramazan ayı zikirləri
- Sübhanallah — Allah pak və münəzzəhdir
- Əlhəmdulillah — Həmd Allaha məxsusdur
- Allahu Əkbər — Allah ən böyükdür
- Lə iləhə illəllah — Allahdan başqa ilah yoxdur
- Əstəğfirullah — Allahdan bağışlanma diləyirəm
Ramazanda fəzilətli əməllər
- Orucu xalis niyyətlə tutmaq
- Beş vaxt namazı camaatla qılmaq
- Tərəvih namazını qaçırmamaq
- Quranı xətm etmək
- Sədəqə və zəkat vermək
- Qədr gecəsində qiyam etmək
- İftar vermək (oruclu birinə yemək vermək)
İftar vermənin fəziləti
"Kim oruclu olana iftar verərsə, oruclunun savabından heç nə əskilmədən onun qədər savab qazanar."
(Sünəni-Tirmizi, hədis №807)
Bu hədis bizə Ramazanda iftar vermə və yardım layihələrinə dəstəyin nə qədər önəmli olduğunu göstərir.
Əlaqə
- +994 51 763 90 15 (kişilər üçün)
- +994 70 966 19 70 (qadınlar üçün)
Al Baraka Azərbaycan könüllüləri






















