QƏZZA - ODUN PAYLANMASI LAYİHƏSİ №1170
Allahın izni ilə, Al Baraka Azerbaijan könüllüləri tərəfindən Şimali Qəzzanın Həsən düşərgəsində 13 ailəyə odun paylanması həyata keçirildi. 🪵
Qəzzada ağır şəraitdə yaşayan ailələr üçün ən zəruri ehtiyacların qarşılanması belə böyük əhəmiyyət daşıyır.
Bəzən bir ailənin ehtiyacına vaxtında çatmaq, onun yükünü bir qədər yüngülləşdirmək böyük bir xeyrə vəsilə olur. Bu xeyrin ərsəyə gəlməsində payı olan dəyərli xeyriyyəçilərimizə minnətdarıq. 🌿
Allah hər birinizi xeyirlə mükafatlandırsın, etdiyiniz yaxşılığı qəbul etsin, ruzinizə və ailələrinizə bərəkət versin. Ehtiyacı olanlara uzatdığınız bu əlləri daim xeyrə açıq etsin və verdiklərinizi dünyada və axirətdə ən gözəl şəkildə əvəzini versin. 🤲🏻
✍🏻 Al Baraka Azerbaijan könüllüləri
Qəzza - Odun Paylanması Layihəsi №1170
XəbərlərTarix: 30 sentyabr 2026

Foto qalereya


































