SOMALİ - SU PAYLANMASI LAYİHƏSİ №1034
Təmiz su insan üçün ən əsas ehtiyaclardan biridir. Xüsusilə suya çıxışın məhdud olduğu bölgələrdə göstərilən hər bir su dəstəyi ailələr üçün böyük əhəmiyyət daşıyır.
Allahın izni ilə, Al Baraka Azerbaijan könüllüləri tərəfindən Somalinin Beydoba (Beydioba) bölgəsində həyata keçirilən bu layihə çərçivəsində 300 ailə, ümumilikdə 1500 nəfər içməli su ilə təmin olundu. 💧
Bu xeyirli işin ərsəyə gəlməsinə dəstək olan dəyərli xeyriyyəçilərimizə təşəkkür edirik. Sizin dəstəyinizlə ehtiyac içində olan insanlara çatdırılan hər bir yardım xeyir və savab qapısına çevrilir. 🤲🏻
Allah edilən yardımları qəbul etsin, xeyriyyəçilərimizə verdiklərinin ən gözəl qarşılığını nəsib etsin, ruzilərinə və ailələrinə bərəkət versin. Amin. 🤍
✍🏻 Al Baraka Azerbaijan könüllüləri
Somali - Su Paylanması Layihəsi №1034
XəbərlərTarix: 25 sentyabr 2026

Foto qalereya





























