Allahın izni ilə, Azərbaycanda həyata keçirdiyimiz yetimə dəstək layihəsi çərçivəsində daha 6 yetim balamıza hədiyyələrimizi təqdim etdik. ❤️
Balalarımızın sevincini bölüşdük, onların üzündə təbəssümə səbəb olduq. Hər birinin sevinc dolu anları bu xeyirli işin nə qədər dəyərli olduğunu bir daha göstərdi. 🥹💚
Bu xeyirli əmələ vəsilə olan dəyərli xeyriyyəçimiz Abdul Malikə təşəkkür edirik. Rəbbimiz etdiyi xeyirli əməlləri qəbul etsin, ruzisinə bərəkət versin. 🤲🏻
Allah bizə də yetim balalarımızın yanında olmağı, onların qəlbinə sevinc bəxş etməyi və bu xeyirli işi davam etdirməyi nəsib etsin. 🌿🤍
✍🏻 Al Baraka Azerbaijan könüllüləri

































